Karyera/İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq)

İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq)

Sinteks LLCUzaqdan iş / Onlayn

Təsvir

Bu vəzifənin rolu geyim sektoruna aid mağazalarda videmonitorinq aparmaqdır. Vəzifə videomüşahidə vasitəsilə uyğunsuzluqların, qayda pozuntularının və itki riski yaradan halların aşkar edilməsinə, aidiyyəti üzrə məlumatlandırılmasına və nəticələrin izlənilməsinə dəstək göstərir. Öhdəlikləri: 1. Videomonitorinqin aparılması • İş planı və ayrıca sifarişlər əsasında videonəzarəti həyata keçirir. • Mağazalarda əməliyyat proseslərini videomüşahidə vasitəsilə izləyir və riskli halları müəyyən edir. 2. Uyğunsuzluqların bildirilməsi və nəticələrin izlənilməsi • Aşkar olunmuş uyğunsuzluqlar və qayda pozuntuları haqqında aidiyyəti üzrə məlumat verir və nəticəni izləyir. • Aşkar edilmiş hallar üzrə qısa qeyd və ya hesabat hazırlayır, zəruri sübut materiallarının saxlanılmasına dəstək göstərir. 3. Məxfilik və məlumatların qorunması • Videomaterialların və aşkar edilmiş məlumatların məxfiliyini qoruyur. • Videoyazılardan yalnız iş məqsədləri və səlahiyyət çərçivəsində istifadə edilməsini təmin edir. Məsuliyyət sahəsi: Video-monitorinq

Tələblər

Professional Biliklər • VivaTech, HIKCVISION, SmartPSS proqramlarını bilmək arzuolunandır • MS Office Proqramları Təhsil • Ali təhsil arzuolunandır İş Təcrübəsi • İş təcrübəsi tələb edilmir Professional Bacarıq və Kompetensiyalar • Detallara diqqət • Məsuliyyət
İşəgötürən
Sinteks LLC
Ünvan
Uzaqdan iş / Onlayn
Vakansiya dərc edilib
6 noyabr 2026
Son müraciət tarixi
1 dekabr 2026, 00:00 (Bakı)
Status
Açıq

Bu vəzifə ilə maraqlanırsınız?

İndi Müraciət Edin

Müraciətiniz Sinteks LLC şirkətinə göndəriləcək.

İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq) — Sinteks LLC