Karyera/Mağaza menecerinin köməkçisi(Premium-Lyuks)

Mağaza menecerinin köməkçisi(Premium-Lyuks)

Sinteks LLCBakı, Port Baku Mall

Təsvir

Bu vəzifənin rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir. • Mağazanın və satış təmsilçilərinin aylıq satış hədəflərinin icrasını təmin edir. • VIP satışları həyata keçirir. • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir. • Mağazalarda müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir. • Satış heyətinin iş qrafikini hazırlayır və nəzarət edir. • Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir. • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir. • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılması üçün tədbirlər görür. • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir. • Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir. • “Satış texnikası” və “Müştəri xidməti” təlimləri keçirir. • Satış təmsilçilərinin ambar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır. Satışın təşkili Mağazanın idarə olunması

Tələblər

Professional Biliklər • Müştəri xidmətləri • Satış texnikası • İngilis dili orta səviyyədə • MS Office Proqramları Təhsil • Ali təhsil arzuolunandır İş Təcrübəsi • Müvafiq satış sahəsində ən az 3 il iş təcrübəsi Professional Bacarıq və Kompetensiyalar • İdarəetmə bacarığı • Liderlik • Təşkilatçılıq • Satış acarığı • Ünsiyyət bacarığı • Zamanın idarəolunması • Problem həll etmə • Stressə davamlılıq • Rus dili bilikləri arzuolunandır
İşəgötürən
Sinteks LLC
Ünvan
Bakı, Port Baku Mall
Vakansiya dərc edilib
13 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026, 00:00 (Bakı)
Status
Açıq

Bu vəzifə ilə maraqlanırsınız?

İndi Müraciət Edin

Müraciətiniz Sinteks LLC şirkətinə göndəriləcək.

Mağaza menecerinin köməkçisi(Premium-Lyuks) — Sinteks LLC