Karyera/Mağaza Meneceri(Premium-Lyuks)

Mağaza Meneceri(Premium-Lyuks)

Sinteks LLCBakı, Port Baku Mall

Təsvir

Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir. • Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir. • Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir. • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir. • VIP satışlar həyata keçirir. • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir. • Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir. • Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir. • Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları). • Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir. • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir. • Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür. • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir. • Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir. • Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir. • Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir. • “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirir. • Mağaza işçiləri üçün məhsul təlimi keçirir. • Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır Alış və Satışın təşkili Əsas vəsaitlərin idarəedilməsi Mağazanın idarəedilməsi

Tələblər

Professional Biliklər • Müştəri Xidmətləri • Satış Texnikası • Merçendayzinq qaydaları • İngilis dili yaxşı səviyyədə • MS Office Proqramları Təhsil • Ali təhsil arzuolunandır İş Təcrübəsi • Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi • İdarəetmə sahəsində ən az 2 il təcrübə • Sifariş etmə təcrübəsi • Bonus sistemi ilə işləmə təcrübəsi Professional Bacarıq və Kompetensiyalar • İdarəetmə bacarığı • Liderlik • Təşkilatçılıq • Satış bacarıqları • Müsahibə aparmaq bacarığı • Təlim keçmə bacarığı • Ünsiyyət bacarıqları • Zamanın idarəolunması • Problem həll etmə • Stressə davamlılıq • Rus Dili bilikləri arzuolunandır
İşəgötürən
Sinteks LLC
Ünvan
Bakı, Port Baku Mall
Vakansiya dərc edilib
13 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026, 00:00 (Bakı)
Status
Açıq

Bu vəzifə ilə maraqlanırsınız?

İndi Müraciət Edin

Müraciətiniz Sinteks LLC şirkətinə göndəriləcək.