Karyera/İnsan resursları üzrə Menecer

İnsan resursları üzrə Menecer

Sinteks LLCBakı, Azərbaycan

Təsvir

Vəzifənin məqsədi İnsan Resursları üzrə Menecer HR əməliyyatları, işə qəbul, təlim və inkişaf proseslərinin effektiv idarə olunmasına cavabdehdir. Əsas məqsəd insan resursları proseslərinin səmərəliliyini, keyfiyyətini və şirkətin daxili siyasətləri ilə əmək qanunvericiliyinə uyğunluğunu təmin etməkdir. Vəzifə öhdəlikləri HR Əməliyyatları • HR əməliyyatlarının gündəlik idarə olunması, komandanın fəaliyyətinin koordinasiyası və səlahiyyətləri çərçivəsində operativ qərarların qəbul edilməsi • Əmək müqavilələri, əmrlər və digər HR sənədlərinin qanunvericiliyə uyğun hazırlanmasının təmin edilməsi • HRIS (ERP) sistemində əməkdaş məlumatlarının düzgünlüyünə və aktuallığına nəzarət • HR üzrə əsas göstəricilərin (işçi sayı, işçi dövriyyəsi, işə qəbul və digər KPI-lər) təhlili, müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi • HR proseslərinin optimallaşdırılması və daxili siyasətlərə, eləcə də əmək qanunvericiliyinə uyğunluğunun təmin edilməsi • Daxili və xarici auditlərin, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən aparılan yoxlamaların və rəsmi sorğuların cavablandırılmasının koordinasiyası • Əmək qanunvericiliyindəki dəyişikliklərin izlənməsi və HR prosedurlarının müvafiq tələblərə uyğunlaşdırılması İşə Qəbul • İşə qəbul prosesinin bütün mərhələlərinin idarə olunması və komandanın fəaliyyətinin koordinasiyası • Namizəd axtarışı, seçimi və müsahibə proseslərinə nəzarət • İşə qəbul üzrə KPI-lərin izlənməsi və proseslərin effektivliyinin artırılması • Onboarding və oriyentasiya proqramlarının icrasının koordinasiyası Təlim və İnkişaf • Biznes ehtiyaclarına uyğun təlim tələbatının müəyyən edilməsi və müvafiq təlimlərin təşkilinin təmin edilməsi • Təsdiqlənmiş təlim planlarının icrasına nəzarət • Keçirilmiş təlimlərin effektivliyinin və iştirakçı rəylərinin qiymətləndirilməsi

Tələblər

Tələblər • Ali təhsil (insan resursları, hüquq, biznesin idarə edilməsi, menecment, psixologiya, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır) • İnsan resurslarının idarə olunması sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi • HR əməliyyatları, işə qəbul və təlim və inkişaf proseslərinin idarə olunması üzrə praktiki bilik və təcrübə • Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əmək münasibətləri və HR sənədləşməsi üzrə dərin biliklər • HRIS/ERP sistemləri ilə iş təcrübəsi və MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı • İngilis dili biliyi minimum B2 səviyyəsində, rus dili biliyi üstünlükdür • Liderlik, analitik düşüncə, operativ qərarvermə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları • CIPD, SHRM və ya digər peşəkar HR sertifikatları, həmçinin HR proseslərində süni intellekt (AI) alətlərindən istifadə təcrübəsi üstünlükdür
İşəgötürən
Sinteks LLC
Ünvan
Bakı, Azərbaycan
Vakansiya dərc edilib
16 sentyabr 2026
Son müraciət tarixi
7 noyabr 2026, 00:00 (Bakı)
Status
Açıq

Bu vəzifə ilə maraqlanırsınız?

İndi Müraciət Edin

Müraciətiniz Sinteks LLC şirkətinə göndəriləcək.