Careers/Rəqəmsal Marketinq Meneceri

Rəqəmsal Marketinq Meneceri

Bakı, Azərbaycan

Description

1. Rəqəmsal Strategiya və Tətbiq: ● Onlayn görünürlüğü artırmaq, əlaqəni və konversiyanı (satışları) gücləndirmək və ümumi rəqəmsal təsiri artırmaq üçün genişmiqyaslı rəqəmsal marketinq strategiyaları hazırlamaq və icra etmək; ● Axtarış metodlari , sosial media / AdTech və e-mail marketinq platformaları daxil olmaqla müxtəlif kanallar üzrə rəqəmsal kampaniyaları planlaşdırmaq və idarə etmək; ● Sosial media səhifə və hesablarını idarə edən bir neçə sosial media administratoru üçün işin həcmini müəyyənləşdirmək və onlara rəhbərlik etmək. 2. Məzmun Hazırlığı və Rəqəmsal İdarəetmə: ● Bütün rəqəmsal və sosial platformalarda yüksək keyfiyyətli məzmun yaradılması və kurasiyasını təmin etmək; ● Rəqəmsal kampaniyalar üzrə KPI göstəricilərini ölçmək üçün panel və hesabat sistemləri hazırlamaq, rəqiblərin araşdırılmasını aparmaq və rəqəmsal performansı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim etmək; ● Veb saytlar, sosial media səhifələri və digər onlayn platformalar daxil olmaqla bütün rəqəmsal aktivlərin idarə olunmasına nəzarət etmək, brend kimliyinə uyğun məzmun ardıcıllığını təmin etmək. 3. Marketinq Texnologiyalarının Tətbiqi: ● Rəqəmsal marketinq proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə marketinq avtomatlaşdırma vasitələri və kommunikasiya texnologiyalarını araşdırmaq, tövsiyə etmək, tətbiq etmək və idarə etmək; ● Marketinq komandası üçün rəqəmsal alətlərin, texnologiyaların və platformaların effektiv istifadəsi üzrə təlim və dəstək göstərmək; ● Rəqəmsal marketinq sahəsindəki son tendensiyalar, vasitələr və yaxşı təcrübələrlə gündəmdə qalmaq və şirkətin rəqəmsal rəqabətliliyini təmin etmək.

Requirements

1. Təhsil: ● Marketinq, Rəqəmsal Media, Kommunikasiya, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi, və ya ● Rəqəmsal marketinq, sosial media idarəçiliyi, marketinq avtomatlaşdırması və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent). 2. Peşəkar Təcrübə: ● Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi, bunun azı 2 ili rəhbərlik səviyyəsində olmalıdır; ● Rəqəmsal marketinq kampaniyalarının və onlayn cəlbetmə təşəbbüslərinin uğurla idarə edilməsi üzrə sübut olunmuş təcrübə; ● Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür. 3. Əsas Bacarıqlar: ● Rəqəmsal marketinq strategiyaları, alətləri və tətbiq sahəsində güclü anlayış; ● Məzmun idarəetmə sistemləri, sosial media platformaları və marketinq avtomatlaşdırma vasitələri üzrə bacarıq; ● Əla layihə idarəetməsi və təşkilati bacarıqlar; ● Analitik təfəkkür, məlumatların təhlili və onlardan praktik nəticələr çıxarma bacarığı; ● Yaradıcı düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı.
Location
Bakı, Azərbaycan
Status
Open

Interested in this role?

Apply Now