Description
Məlumatların daxil edilməsi üzrə administrator təchizatçıdan alınacaq məhsulların alış sənədlərinin hazırlanmasına, qəbul olunan məhsullar üzrə məlumatların verilənlər bazasına daxil edilməsinə, gündəlik satış hesabatlarının hazırlanmasına cavabdehdir.
Öhdəliklər :
1. Sifariş sənədlərinin hazırlanması
• Təchizatçıdan alınacaq məhsulların qiymət və markup təyini prosesində iştirak edir.
• Alınacaq məhsullar üzrə ERP/1C bazasında sifariş sənədini hazırlayır.
• Sifariş sənədi əsasında ödəniş sənədini hazırlayır.
• Ödəniş üçün rəhbərlikdən təsdiq alır. Təsdiq alındıqdan sonra ödənişin həyata keçirilməsi üçün Maliyyə şöbəsinə müraciət edir.
• Təchizatçılara sifarişlərin barkod və qiymət məlumatlarını özündə əks etdirən sənədləri göndərir.
2. Qəbul sənədinin hazırlanması
• Məhsulların Mərkəzi anbarda qəbulu üzrə sənədləri hazırlayır.
• Məhsulların anbara çatdırılması barədə bildiriş göndərir.
• Artıq, əskik və ya qüsurlu məhsullar barədə Mərkəzi anbardan məlumat alır.
• Əskik və ya istehsal qüsurlu məhsullar olduqda kredit-notun alınması üçün təchizatçıya müraciət edir.
• Daşınma zamanı zədələnmiş məhsullar olduqda kredit-notun alınması üçün daşıma şirkətinə müraciət edir.
3. Qiymət və valyuta məlumatlarının idarə edilməsi
• Qiymət artımları və valyuta məzənnələri üzrə məlumatları verilənlər bazasına daxil edir.
4. Daşınma və ödəniş proseslərinə nəzarət
• Daşınmaların və ödənişlərin vaxtında icra olunmasını izləyir və yoxlayır.
5. Xüsusi satış qiymətlərinin tətbiqi
• Müəyyən məhsul vahidləri üçün PM tərəfindən təqdim edilən markup (MU) məlumatlarını sistemə daxil edir və unikal satış qiymətlərinin tətbiqini təmin edir.
6. Hesabatların hazırlanması
• Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlayır.
7. Satış hesabatlarının paylaşılması
• Bir əvvəlki gün üzrə satış hesabatını (Daily Sales Report) gündəlik olaraq rəhbərlik və mağazalarla paylaşır.
• Həftəlik iclaslar üçün həftəlik satış hesabatını (Weekly Report) hazırlayır.
Məsuliyyət sahəsi:
• Sifarişlərini məlumatları
• Hesabatlar
• Ödəniş məlumatları
Requirements
Professional biliklər
• Satınalma / təchizat haqqında baza biliklər
• Maliyyə haqqında baza biliklər
• Səlis İngilis dili biliyi
• MS Office Programları
Təhsil
• Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir)
İş təcrübəsi
• Satınalma / təchizat zənciri sahəsində ən az 1 il təcrübə
Professional bacarıq və səriştələr
• Biznes kommunikasiyası
• Zaman idarəetməsi
• Detal və nəticə yönümlü
• Analitik bacarıqlar