Description
1. Vakansiya elanları və ilkin CV seçimi
• İş elanlarının paylaşılmasında köməklik göstərmək
• Müəyyənləşdirilmiş kriteriyalar əsasında ilkin CV seçimi prosesini həyata keçirmək
• Namizədlərin məlumatlarının düzgün qeydiyyata alınmasına və yenilənməsinə dəstək göstərmək
2. Müsahibələrin planlaşdırılması və namizədlərlə ünsiyyət
• Müsahibələri planlaşdırmaq və namizədlərə təsdiqlərin göndərilməsini təmin etmək
• Sənədlərin və ya təsdiqlərin təqdim olunması üçün namizədlərlə əlaqə yaratmaq
• Namizədlərlə yazışma və zənglərin nəzakətli, vaxtında və düzgün aparılmasına diqqət etmək
• Müsahibə tarixləri, nəticələr və növbəti addımlar barədə aidiyyəti İR əməkdaşlarını məlumatlandırmaq
3. ERP və sənədləşmə dəstəyi
• Namizədlərin statusunu ERP sistemində yeniləmək
• İşə qəbul prosesi üzrə sənədlərin, təsdiqlərin və məlumatların toplanmasına dəstək göstərmək
• ERP sistemində məlumatların düzgün, tam və vaxtında daxil edilməsinə nəzarət etmək
4. Onboarding, təlim və işə qəbul tədbirləri
• İşə qəbul tədbirlərində iştirak etmək (təcrübə proqramları, karyera sərgiləri və s.).
• Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və ERP sistemi üzərində qeydiyyatına dəstək göstərmək
• Yeni əməkdaşların ilkin məlumatlandırılması və aidiyyəti proseslərə yönləndirilməsi zamanı İR komandası ilə koordinasiya yaratmaq
5. Karyera səhifələri və sosial media dəstəyi
• Sosial media üzərində karyera səhifələrinin idarə olunmasına dəstək göstərmək
• Vakansiya elanlarının və karyera səhifələrində paylaşılan məlumatların aktuallığını izləmək
Requirements
Professional biliklər:
• İngilis dilində orta səviyyəli bilik
• MS Office proqramlarından istifadə bacarığı
• ERP sistemi və işə qəbul məlumat bazaları ilə işləmək bacarığı üstünlükdür
• İşə qəbul prosesi və namizəd kommunikasiyası üzrə baza bilikləri
Təhsil:
• Ali təhsil
• İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür
İş təcrübəsi:
• İnsan Resursları sahəsində təcrübə, təcrübə proqramı və ya yarımştat iş təcrübəsi üstünlükdür
• İşə qəbul, sənədləşmə və ya namizədlərlə ünsiyyət üzrə ilkin təcrübə üstünlükdür
Professional bacarıq və kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Detallara diqqət və nəticə yönümlülük
• Zamanın idarə olunması
• Səliqəli sənədləşmə və məlumatlarla dəqiq işləmə bacarığı
• Komanda ilə işləmə və koordinasiya bacarığı
• Məsuliyyətlilik və icra intizamı